Xəbərlər
65 illik yubiley qeyd olundu.
11/03/2026, 11:52

Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Baxşalıyeva Balaxanım İsa qızının 65 illik yubileyi qeyd olunub.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli tərəfindən uzunillik səmərəli pedaqoji fəaliyyətinə və təhsil sahəsində göstərdiyi xidmətlərə görə yubilyara fəxri fərman və hədiyyə təqdim olunub.
Balaxanım müəlliməyə möhkəm cansağlığı, uzun ömür və gələcək həyatında yeni uğurlar arzulayırıq.



