Xəbərlər
65 illik yubiley qeyd olunmuşdur
28/01/2026, 13:32

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı Şəhər 1№li Körpələr Evi Uşaq Bağçasının texniki işçisi Sadıqov Sərvər Bilal oğlunun 65 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, bağçanın müdiri Sevinc Məmmədova, İlk Həmkarlar təşkilatının sədri Aynur Nəsibova və bağçanın işçi kollektivi iştirak etmişdir. Sadıqov Sərvər Bilal oğlunun zəhmətkeş əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.




