“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley qeyd olunmuşdur.

04/02/2026, 20:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi üzv təşkilatlarından olan Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbinin riyaziyyat müəllimi Leylan Ismayılovanın 65 illik yubileyi qeyd olunmuşdur.

Qeyd edək ki, Leyla müəllimə Birinci Vətən müharibəsi şəhidi Əliyev Səhrəddin Qara oğlunun həyat yoldaşıdır. Yubiley münasibətilə Leyla müəllimə təbrik edilmiş, ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulanmışdır.

Tədbir zamanı məktəb kollektivi adından ölkə başçısı cənab Prezident İlham Əliyevə təhsilə, şəhid ailələrinə və təhsilin inkişafına göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıq ifadə olunmuşdur.

Son bir ildə Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqının fəaliyyətində olan müsbət dəyişikliklərə görə Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə təşəkkür edilmişdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: