Xəbərlər
65 illik yubiley qeyd olunub.
14/07/2026, 11:38

ETİHİ Nəsimi Rayon Komitəsi tərəfindən 65 illik yubileyini qeyd edən həmkarlar ittifaqı üzvü 112 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Soltanova Aybəniz Mürvət qızı təbrik olunub. Yubilyara uzunmüddətli səmərəli fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilərək ETİHİ Nəsimi Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyə təqdim edilib. Görüşdə yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.




