“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley qeyd olunub

21/10/2026, 16:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 115 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi, eyni zamanda sabiq ilk həmkarlar ittifaqı təşkilatının sədri Məhəmmədova Sevil Təmraz qızının 65 illik yubileyi qeyd olunub.


Yubiley münasibətilə Sevil xanımın uzunillik pedaqoji fəaliyyəti, uşaqların mənəvi inkişafına, onların tərbiyəsinə və şəxsiyyət kimi formalaşmasına verdiyi töhfələr xüsusi vurğulanıb. Onun peşəsinə məsuliyyətli yanaşması, uşaqlara sevgi və qayğı ilə münasibəti kollektiv tərəfindən yüksək qiymətləndirilib.


Bağçanın müdiri Məmmədova Esmira Sevil xanımın müəssisədəki səmərəli fəaliyyətindən bəhs edərək, onun zəngin təcrübəsinin, işinə bağlılığının və kollektivlə səmimi münasibətlərinin əhəmiyyətini qeyd edib. O, yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: