Xəbərlər
65 illik yubiley tədbiri
20/05/2026, 12:33

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbin müəllimi Səlimova Məhluqə Məhəmməd qızının 65 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Araz Əliyev, İlk Həmkarlar təşkilatının sədri Kəmalə Nəzərova və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Səlimova Məhluqə Məhəmməd qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.







