“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley tədbiri qeyd olunub

01/04/2026, 14:12
xeber1

Salyan şəhəri M.Muradxanov adına 6 saylı tam orta ümumtəhsil məktəbində uzun illər kitabxanaçı vəzifəsində işləmiş Ələkbərova Şəhla Ələkbər qızının anadan olmasının 65-ci ildönümü məktəb kollektivi tərəfindən qeyd edilib. Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyi iştirak edərək Şəhla xanımı yubiley münasibətilə təbrik edib, onu hədiyyə və Təbriknamə ilə mükafatlandırıb.

Uzun illər təhsil müəssisəsində birlikdə fəaliyyət göstərən iş yoldaşları yubilyar haqqında xatirələrini bölüşərək ona sağlam, mənalı və firavan həyat arzulayıblar.

Göstərilən diqqət və dəyərə görə Şəhla Ələkbərova həm məktəb kollektivinə, həm də ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: