“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley tədbiri qeyd olunub

14/04/2026, 16:25
xeber1

Salyan şəhəri Ə. Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərən Ələsgərova Sevda Qabil qızının anadan olmasının 65-ci ildönümü liseyin kollektivi tərəfindən qeyd edilib. Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edərək Sevda xanımı yubiley münasibətilə təbrik edib, onu hədiyyə, mükafat və Təbriknamə ilə təltif edib.

Uzun illər təhsil müəssisəsində birlikdə fəaliyyət göstərən iş yoldaşları yubilyar haqqında xatirələrini bölüşərək ona sağlam, mənalı və firavan həyat arzulayıblar.

Göstərilən diqqət və dəyərə görə Sevda müəllimə həm liseyin kollektivinə, həm də ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: