Xəbərlər
65 illik yubiley və uzunmüddətli əmək fəaliyyətinə görə təltif.
Bərdə Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin metodisti Rzayeva Nəcibə Əhməd qızının əmək fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş son yaş həddinə çatması və 65 yaşının tamam olması münasibətilə məktəbdə təltifetmə mərasimi keçirilib.
Mərasimdə iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli Nəcibə Rzayevanın uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona təşəkkürünü bildirib.
Daha sonra yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim edilib.
Tədbirdə çıxış edən məktəb kollektivi Nəcibə Rzayevaya uzunmüddətli, məsuliyyətli və nümunəvi fəaliyyətinə görə minnətdarlıqlarını ifadə edib, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatında uğurlar arzulayıblar.



