“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley – xoş anlar və səmimi görüş

02/11/2026, 17:56
xeber1

Qəbələ rayonu Zarağan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin təsərrüfat müdiri Allahverdiyev Ziyəddin Ələddin oğlunun 65 illik yubileyi münasibətilə Qəbələ şəhərində yerləşən “Çinar” restoranında tədbir keçirilib.

Tədbirdə yubilyarın uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət, yüksək peşəkarlıq və məsuliyyətli əmək fəaliyyəti xüsusi vurğulanaraq yüksək qiymətləndirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsi tərəfindən Ziyəddin Allahverdiyevə Fəxri Fərman təqdim olunub.

Tədbir həm də müəllim kollektivinin gündəlik iş qayğılarından uzaqlaşaraq asudə vaxtlarını birlikdə, xoş və səmimi mühitdə keçirməsi, kollektiv həmrəyliyinin və dostluq münasibətlərinin daha da möhkəmlənməsi baxımından əlamətdar olub. Musiqi və səmimi təbriklərlə müşayiət olunan görüş iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbirdə çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında xoş günlər arzulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: