Xəbərlər
65 illik yubileyə xüsusi diqqət və qayğı
14/09/2026, 11:54

Bərdə rayonunun Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbində çalışan əməkdaşların 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Məktəbin uşaq birliyi rəhbəri Muradova Gülnar Alı qızının və müəllim Əliyeva Zeynəb Məhəmməd qızının 65 yaşı tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən yubilyarlara fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edənlər yubilyarları 65 illik yubileyləri münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.





