“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubileyi münasibətilə müəllimə fəxri fərman və qiymətli hədiyyə təqdim olunub

16/11/2026, 00:38
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Bərdə rayon Hafiz Zeynalov adına Gərənə kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nəcəfova Mətanət Nəcəf qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.


Tədbir çərçivəsində Mətanət Nəcəfovaya uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə və pedaqoji əməyinə görə fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.


Yubilyarı təbrik edənlər ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: