Xəbərlər
65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir keçirilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında çalışan bir qrup müəllimin 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir keçirilmişdir. Tədbirdə uzun illər təhsil sahəsində vicdanla çalışan, gənc nəslin yetişməsində böyük əməyi olan yubilyar müəllimlər , işçiləri ehtiramla yad edilmiş, onların zəngin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. Tədbirdə yubilyarlar həmkarlar ittifaqı tərəfindən ürəkdən təbrik olunmuş, onlara fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edilmişdir. Qeyd olunmuşdur ki, bu müəllimlər illər boyu yalnız bilik verməklə kifayətlənməyib, eyni zamanda vətənpərvər, savadlı və mənəvi dəyərlərə sahib gənclərin formalaşmasında mühüm rol oynamışlar. Onlar göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmiş, həmkarlar ittifaqının son dövrlərdə həyata keçirdiyi işlərdən böyük məmnunluq ifadə etmişlər. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı fəaliyyəti, təşkilat üzvlərinə göstərilən sosial dəstək, diqqət və qayğı yüksək səviyyədədir və bu istiqamətdə görülən işlər hər kəs tərəfindən təqdir olunur. Çıxışlarda komitə rəhbərliyinin, o cümlədən sədrin təşkilat üzvlərinə göstərdiyi xüsusi diqqət və qayğı xüsusi qeyd edilmiş, həmkarlar hərəkatında müşahidə olunan müsbət dəyişikliklərin bütün üzvlərdə böyük razılıq yaratdığı bildirilmişdir. Hətta bəzi təqaüdə çıxan müəllimlər təəssüf hissi ilə qeyd etmişlər ki, kaş bu inkişaf dövründə daha fəal iştirak edə, həmkarlar ittifaqının üzvü olaraq fəaliyyətlərini davam etdirəydilər.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Respublika Konfederasiyasının rəhbərliyinə, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr və əməkdaşlarına göstərilən diqqət və qayğıya görə dərin təşəkkür və minnətdarlıq ifadə olunmuşdur. Tədbir xoş əhval-ruhiyyə və səmimi duyğularla başa çatmışdır.










