Xəbərlər
65 illik yubileyi münasibətilə tədbir keçirilib.
30/10/2026, 15:11

Qəbələ rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığın mühasibi Qafarova Xurşudxanım Rəşid qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyarın uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət, peşəkarlıq və məsuliyyətli əmək fəaliyyəti yüksək qiymətləndirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsi tərəfindən Xurşudxanım Qafarovaya Fəxri Fərman təqdim olunub.
Tədbirdə çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında xoş günlər arzulayıblar.






