Xəbərlər
65 illik yubileyi qeyd olundu.
27/01/2026, 12:29

Bərdə rayonu Göyüş Qarayev adına Mustafaağalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Hacıyeva Cəvahir Əli qızı və Yusifova Sevda Qulam qızının 65 yaş yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri iştirak ediblər. Uzun illər səmərəli pedaqoji fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə yubilyarlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Çıxış edənlər müəllimləri yubiley münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.



