Xəbərlər
65 illik yubileyi qeyd olundu.

Bərdə rayonu Yalçın Yusifov adına Mollaisalar kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mustafayeva Şəhla Mustafa qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə müəllimənin təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti, gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər və pedaqoji fəaliyyətində qazandığı uğurlar yüksək qiymətləndirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən Mustafayeva Şəhla Mustafa qızına yubileyi münasibətilə fəxri fərman və hədiyyə təqdim olunub. Çıxış edənlər yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatında uğurlar arzulayıblar.
Şəhla müəllimə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi təhsil işçilərinin əməyinin qiymətləndirilməsi, onların sosial rifahının yaxşılaşdırılması və peşə fəaliyyətlərinin təşviqi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.




