“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubileyi qeyd olunub

08/09/2026, 17:15
xeber1

Bərdə rayonu İlqar Abbasov adına Kələntərli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mirzəyeva Məlahət Əli qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri, məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak edib.

Çıxışlarda Məlahət Mirzəyevanın uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsində göstərdiyi xidmətlər və şagirdlərin təlim-tərbiyəsindəki rolu yüksək qiymətləndirilib. Bildirilib ki, təcrübəli müəllim uzun illər ərzində öz peşəsinə məsuliyyətlə yanaşaraq gənc nəslin təhsil və tərbiyəsinə layiqli töhfələr verib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Məlahət Mirzəyevaya fəxri fərman və hədiyyə təqdim olunub.

Sonda yubilyar müəllimə möhkəm cansağlığı, uzun ömür və gələcək pedaqoji fəaliyyətində uğurlar arzulanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: