“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubileyin böyük sevinci.

27/10/2025, 17:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və ETİHİ Ağstafa Rayon Komitəsi olaraq

Ağstafa rayonu Sirac Əliyev adına Qırlı kənd tam orta məktəbin direktoru, təcrübəli pedaqoq Gültəkin Qəzənfər qızı İsmayılovanın 65 illik yubileyini böyük sevinc hissi ilə qeyd etdik.

Gültəkin xanım uzun illərdir təhsilin inkişafına, gənc nəslin savadlı, vətənpərvər ruhda yetişdirilməsinə, müəllim adının ucaldılmasına xidmət göstərən fədakar bir maarifçidir. O, pedaqoji fəaliyyətində daim məsuliyyət, səmimiyyət və peşəsinə sevgi nümayiş etdirmiş, rəhbərlik etdiyi kollektivdə sağlam iş mühiti, səmərəli əmək münasibətləri formalaşdırmışdır.

Bu əlamətdar gün münasibətilə Gültəkin müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Fəxri fərman və hədiyyə ilə təltif olunub.

Onun uzun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafındakı xidmətləri və işinə olan yüksək məsuliyyəti hər birimiz üçün nümunədir.

Səmimi qəlbdən Gültəkin müəllimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

Kollektiv olaraq Müəllim adına verilən yüksək dəyərə görə təşəkkür edildi.

#AHİK

#ETİHİ

#AğstafaRayonKomitəsi

#Yubiley

#Təhsil

#Pedaqoq

Gallery Image

Sosial şəbəkələrdə paylaş: