Xəbərlər
65 illik yubileyiniz mübarək

Göyçay rayonu Bığır kəndi N. İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu, hörmətli Rəhimova Zenfira Əlipaşa qızını 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Uzun illər məktəbdə psixoloq kimi çalışaraq şagirdlərin mənəvi dünyasının formalaşmasında, onların sağlam düşüncəli, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində böyük zəhmətiniz olmuşdur. Hər bir şagirdə göstərdiyiniz diqqət və qayğı, valideynlərə və müəllimlərə verdiyiniz dəyərli məsləhətlər Sizi kollektiv və ictimaiyyət arasında hörmətli bir insan kimi tanıtmışdır.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, xoş və firavan günlər arzulayırıq. Göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
65 illik yubileyiniz mübarək!








