Xəbərlər
65 illik yubileyləri münasibətilə müəllimlər təltif olundu

Bərdə rayonu Binədar Əjdər oğlu adına Yeni Əyricə kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Məhərrəmova Şəhla Məhəmmədəli qızı və Nəbiyeva Fəxriyyə Cavad qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətə və pedaqoji əməyə görə müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edənlər yubilyar müəllimləri 65 illik yubileyləri münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Qeyd olunub ki, müəllimlərin uzun illər ərzində şagirdlərin təlim-tərbiyəsində, onların bilik və bacarıqlarının formalaşmasında göstərdikləri fədakar xidmət xüsusi ehtiram və minnətdarlığa layiqdir.
Sonda Məhərrəmova Şəhla Məhəmmədəli qızı və Nəbiyeva Fəxriyyə Cavad qızı göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.





