Xəbərlər
65 İllik Şərəfli Ömür Yolu
20/02/2026, 11:04

Ağdam rayonu Ayaz Abbasov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Gülsüm İnqilab qızını 65 illik yubileyi münasibətilə təbrik etdik. Müəllimimizə fəxri fərman, gül və hədiyyə təqdim olundu.
Tədbirdə məktəb direktoru, müəllimlər iştirak edərək bu cür tədbirlərin onlara böyük ruh yüksəkliyi verdiyini, fəaliyyətlərində əlavə həvəs yaratdığını vurğuladılar. Müəllimlərimizin əməyini qiymətləndirmək, onların hörmətini uca tutmaq bizim vəzifəmizdir.





