Xəbərlər
65 İllik Şərəfli Ömür Yolu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən Ağdam rayon Ələsgər Quliyev adına Birinci Sarıcalı kənd tam orta ümumtəhsil məktəbinin uzunillik pedaqoji fəaliyyət göstərən müəllimi Məmmədov Musa Əmirxan oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Tədbirdə çıxış edənlər Musa müəllimin təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, şagirdlərin bilik və tərbiyəsindəki xidmətlərindən, kollektiv arasında qazandığı böyük hörmət və nüfuzdan bəhs ediblər. Qeyd olunub ki, onun illərlə təhsil sahəsinə verdiyi töhfələr gənc nəslin formalaşmasında mühüm rol oynayıb.
Yubiley münasibətilə Məmmədov Musa Əmirxan oğlu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, və qiymətli hədiyyə ilə təltif olunub.
Sonda yubilyara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.




