“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 yaş həddinə çataraq əmək fəaliyyətinə xitam verilən yubilyar müəllimlər xüsusi ehtiramla təbrik olundular

22/06/2026, 16:11
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq bu gün Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbdə keçirilən 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclasında iştirak etdik. İclas zamanı təhsil müəssisəsinin il ərzindəki fəaliyyəti, əldə etdiyi uğurlar, təlim-tərbiyə prosesində qazanılan nailiyyətlər, qarşıda duran vəzifələr və gələcək hədəflər geniş müzakirə olundu. Məktəb rəhbərliyi və pedaqoji kollektiv tərəfindən görülən işlər yüksək qiymətləndirildi, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Tədbirdə uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsində böyük xidmətləri olan, öz peşəsinə sədaqətlə yanaşan, pedaqoji fəaliyyətləri ilə kollektivin və cəmiyyətin rəğbətini qazanan, Hicran Mürşüdova, Mətanət Həsənova, Mətanət Əliyeva 65 yaş həddinə çataraq əmək fəaliyyətinə xitam verilən yubilyar müəllimlər xüsusi ehtiramla təbrik olundular. Onların təhsil sahəsində göstərdikləri fədakar əməyə, qazandırdıqları bilik və dəyərlərə görə dərin minnətdarlıq ifadə edildi. Qeyd olundu ki, müəllim peşəsi cəmiyyətin ən şərəfli və məsuliyyətli peşələrindən biridir və bu peşəyə həsr olunan ömür hər zaman böyük hörmətə layiqdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən yubilyarlara fəxri fərman və hədiyyələr təqdim olundu. Təqdimat zamanı onların uzunmüddətli səmərəli fəaliyyətləri, təhsilin inkişafına verdikləri töhfələr, gənc müəllimlər üçün örnək olan peşəkarlıqları xüsusi vurğulandı. Yubilyarlara gələcək həyatlarında möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulandı.

Sonda məktəb kollektivinə göstərdikləri birlik, həmrəylik və zəhmətə görə təşəkkür edildi, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar, yüksək nəticələr və nailiyyətlər arzulanaraq bildirildi ki, təhsilimizin inkişafı naminə çalışan hər bir müəllimin əməyi daim yüksək qiymətləndirilir və böyük dəyər daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: