“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 yaş münasibəti ilə keçirilən yubley tədbirindən

01/04/2026, 12:25
xeber1

ETİHİ Qazax Rayon Komitəsinin təşkilatlarında çalışan, 65 yaşı tamam olan Çaylı kəndi Elşən Cəfərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yubilyar müəllimin doğum günü qeyd olundu. Tədbir zamanı onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi yüksək pedaqoji fəaliyyətlərinə görə təşəkkür ifadə olundu, ona təşəkkürnamə,gül dəstəsi və hədiyyə təqdim edildi. Çıxış edən müəllimlər qeyd etdilər ki, təhsil işçilərinə göstərilən bu cür diqqət və qayğı, onların yubileylərinin qeyd olunması təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bildirildi ki, bu cür təşəbbüslər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin uğurlu fəaliyyətinin nəticəsidir. Yubilyar müəllimə göstərilən diqqət və qayğıya görə Respublika Komitəsinin rəhbərliyinə dərin təşəkkürünü bildirdilər və bu xoş ənənənin davamlı olmasını arzuladılar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: