Xəbərlər
65 yaş münasibətilə təbrik edildi

Bərdə rayonu Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Ələkbərova Solmaz Mustafa qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib. Tədbir zamanı uzun illər səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və təhsilin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Yubiley münasibətilə Solmaz müəlliməyə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub. Çıxış edənlər müəllimin peşəkarlığını, məsuliyyətini və şagirdlər arasında qazandığı hörməti xüsusi vurğulayıblar, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.



