“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 yaş qeyd olundu.

05/03/2026, 11:40
xeber1

Bərdə rayon Elşən Məmmədov adına Samuxlu kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Əşrəfli Təranə Qaçay qızının 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən ona fəxri fərman və hədiyyə təqdim edilmişdir.

Tədbirdə Təranə Əşrəflinin uzun illər ərzində təhsil sahəsində səmərəli fəaliyyəti, məktəbdə psixoloji xidmətin təşkilində göstərdiyi məsuliyyətli və nümunəvi fəaliyyəti xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, o, pedaqoji kollektiv və şagirdlər arasında böyük hörmət qazanmış, gənc nəslin sağlam psixoloji mühitdə formalaşmasına mühüm töhfələr vermişdir.

Yubiley münasibətilə Təranə xanıma gələcək həyatında möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulanmışdır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: