Xəbərlər
65 yaş yubileyi münasibətilə təbrik
22/09/2026, 09:29

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi tərəfindən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 65 yaşı tamam olan iki müəllimlə görüş keçirilib.
Görüş zamanı yubilyarlar təbrik olunub, onlara Təşəkkürnamə, hədiyyə və gül buketi təqdim edilib. Müəllimlərə möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.




