“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 yaşı tamam olan bir qrup yubilyar müəllimin doğum günləri qeyd olundu

12/03/2026, 22:38
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında çalışan, 65 yaşı tamam olan bir qrup yubilyar müəllimin doğum günləri qeyd olundu. Bu münasibətlə yubilyar müəllimlər üçün ziyafət süfrəsi təşkil edildi. Tədbir zamanı onların uzun illər ərzində təhsil sahəsində göstərdikləri fədakar əməyə, yüksək pedaqoji fəaliyyətlərinə görə təşəkkür ifadə olundu, onlara fəxri fərmanlar və hədiyyələr təqdim edildi. Çıxış edən müəllimlər qeyd etdilər ki, təhsil işçilərinə göstərilən bu cür diqqət və qayğı, onların yubileylərinin qeyd olunması təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bildirildi ki, bu cür təşəbbüslər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin uğurlu fəaliyyətinin nəticəsidir. Yubilyar müəllimlər göstərilən diqqət və qayğıya görə Respublika Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər və bu xoş ənənənin davamlı olmasını arzuladılar. Onlar həmçinin qeyd etdilər ki, son illər təhsil işçilərinə göstərilən diqqət və qayğı daha da artmışdır və belə bir qayğının şahidi olmaq onlar üçün böyük sevinc və qürur hissidir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: