Xəbərlər
65 yaşı tamam olan ittifaq üzvlərimizi təbrik etdik

Bu gün Xətai rayonu 221 nömrəli tam orta məktəbdə məktəbin ilk həmkarlar ittifaqı təşkilat sədrinin dəvətilə, 65 yaşı tamam olan ittifaq üzvlərimizi təbrik etmək məqsədilə iştirak etdim. Ömrünü təhsilalanların təlim-tərbiyəsinə, eləcə də onların savadlanmasına həsr etmiş, uzun illər ərzində əvəzsiz xidmətlər göstərmiş coğrafiya müəllimi Mehdiyeva İradə Əsəd qızını və texnologiya müəllimi Rəhimova Solmaz Qənbər qızını fəxri fərman və hədiyələrlə təltif edərək təbrik etdim.
Onları ETİHİ Xətai Rayon Komitəsinin və çoxsaylı ittifaq üzvlərinin adından ürəkdən təbrik edir, bundan sonrakı həyatlarında möhkəm sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayırıq.
Məktəbdə ilk dəfə olduğum üçün burada yaradılmış şərait, səliqə-sahman və xoş mühit diqqətimi xüsusilə cəlb etdi. Bu səbəbdən məktəbdə yaradılan gözəl atmosferə görə məktəbin direktoruna və kollektivinə öz təşəkkürümü bildirirəm.





