“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 YAŞI TAMAM OLAN İTTİFAQ ÜZVLƏRİ ÜÇÜN TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLİB

12/06/2026, 18:06
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə əmək fəaliyyəti dövründə təhsil sahəsinin inkişafına dəyərli töhfələr vermiş, 65 yaşı tamam olan ittifaq üzvləri üçün Bakı Garden Restoranında təntənəli tədbir keçirilib.

Tədbirin açılışını ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli edərək yubilyarları əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edib, onların uzun illər ərzində təhsil sahəsində göstərdikləri xidmətlərdən, gənc nəslin yetişdirilməsindəki əvəzsiz rollarından və peşə fəaliyyətlərindən bəhs edib. Bildirilib ki, təhsil işçilərinin əməyi hər zaman yüksək qiymətləndirilir və onların sosial rifahının diqqətdə saxlanılması həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindən biridir.

Tədbirdə uzun illər təhsil müəssisələrində çalışan, öz peşəkarlığı və zəhməti ilə seçilən ittifaq üzvlərinin xidmətləri xüsusi vurğulanıb. Yubilyarların həyat və əmək fəaliyyəti haqqında məlumatlar səsləndirilib, onlara gələcək həyatlarında möhkəm can sağlığı, xoşbəxtlik və ailə səadəti arzulanıb.

Tədbir zamanı yubileyi olan ittifaq üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Çıxış edənlər həmkarlar ittifaqı tərəfindən həyata keçirilən sosial layihələrin və təşkil olunan tədbirlərin təhsil işçiləri tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.

Səmimi və xoş ab-hava şəraitində davam edən tədbirdə yubilyarlar üçün bayram süfrəsi təşkil olunub, musiqi proqramı təqdim edilib, xoş anlar və duyğulu xatirələr bölüşülüb. Tədbir iştirakçıları uzun illər birgə fəaliyyət göstərdikləri həmkarları ilə görüşmək, keçmiş xatirələri yada salmaq və yaddaqalan anlar yaşamaq imkanı əldə ediblər.

Tədbirin sonunda 65 yaşı tamam olan ittifaq üzvlərinə ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub. Bu diqqət və ehtiram yubilyarlar tərəfindən böyük məmnunluqla qarşılanıb.

Yubileyi olan ittifaq üzvləri onlara göstərilən yüksək ehtirama, diqqət və qayğıya, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.

Tədbir xoş təəssüratlar, səmimi söhbətlər və unudulmaz xatirələrlə yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: