“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 yaşını qeyd edən müəllimə Aygün Səmədova təbrik olunub

27/10/2026, 11:40
xeber1

Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Səmədova Aygün Xası qızının 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.


Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi, məktəbin müəllim kollektivi iştirak ediblər. Yubilyarın uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsində göstərdiyi əmək və gənc nəslin yetişdirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.


Tədbir zamanı Aygün Səmədovanın əməyi və pedaqoji fəaliyyəti haqqında çıxışlar edilib, ona xoş arzular çatdırılıb. Səmimi və mehriban şəraitdə keçən yubiley tədbirində müəlliməyə mükafat, təşəkkürnamə və gül dəstəsi təqdim olunub.


Sonda Aygün Səmədovaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.


Qeyd edək ki, müəllim əməyinə verilən dəyər, pedaqoqlara göstərilən diqqət və qayğı təhsil işçiləri arasında mənəvi bağlılığın və həmrəyliyin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: