“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 yaşını qeyd edən yubilyar müəllim də təbrik olundu.

28/02/2026, 21:22
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından,rayonun böyük kəndlərindən olan Köçəsgər 1 nömrəli kənd tam orta məktəbinin gülərüz kollektivi ilə səmimi görüş keçirildi.Görüş zamanı həmkarlar ittifaqı üzvlərini maraqlandıran suallar cavablandırıldı, onların təklif və fikirləri dinlənildi.

Eyni zamanda həmkar üzvlərdən 65 yaşını qeyd edən yubilyar müəllim də təbrik olundu. Yüksək idarəetmə bacarığı ilə seçilən məktəbin direktoru Gülnarə xanımın təşkilatçılığı ilə kollektiv yubileyi qeyd olunan müəllimi mehriban və səmimi münasibətlə təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Kollektiv həmkarlar təşkilatının fəaliyyətində müşahidə olunan müsbət dönüşə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə təşəkkürünü bildirdi, rəhbərliyi ilə həyata keçirilən işlərin hər bir üzv tərəfindən məmnunluqla qarşılandığı vurğulandı.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: