Xəbərlər
65 yaşını tamamlamış ittifaq üzvləri ilə görüş keçirildi
04/11/2026, 09:54

ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə çalışmanın yaş həddinə çatmış ittifaq üzvləri ilə görüş keçirildi.
Görüş zamanı 65 yaşını tamamlamış yubilyarlara xatirə hədiyyələri, təşəkkürnamələr və gül buketləri təqdim olundu. Onlara uzun ömür, möhkəm can sağlığı və həyatlarının növbəti mərhələsində uğurlar arzulandı.



