Xəbərlər
65 yaşını tamamlayan ittifaq üzvü ilə görüş keçirilib
11/11/2026, 09:34

ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Məmmədova Məhəbbət Eyyub qızının çalışmasının yaş həddinə çatması münasibətilə görüş keçirilib.
Görüş zamanı 65 yaşını tamamlayan yubilyar təbrik edilib, ona xoş arzular çatdırılıb. Sonda yubilyar Məhəbbət Məmmədova ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən mükafatlandırılıb.



