“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

650+ bal toplayan tələbələrlə görüş keçirildi

20/09/2026, 12:17
xeber1

Valideynləri ETİHİ Abşeron Rayon Komitəsinin üzvü olan və qəbul imtahanlarında 650-dən yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.


Görüşdə tələbələrin yüksək nəticələri təqdir olunub, onların əldə etdiyi uğurlarda valideynlərin əməyi və dəstəyinin xüsusi rolu vurğulanıb. ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov hər bir tələbə və valideyni diqqətlə dinləyib, onların uğurları, gələcək hədəfləri və təhsil planları ilə maraqlanıb.


Sədr çıxışında tələbələrin göstərdiyi nəticələrin böyük zəhmətin və məqsədyönlü hazırlığın nəticəsi olduğunu bildirib, valideynlərin övladlarının təhsilinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Tələbələr və onların valideynləri təbrik edilərək gənclərə yeni təhsil mərhələsində uğurlar arzulanıb.


Görüşün sonunda hər bir tələbəyə qiymətli hədiyyə təqdim olunub.


650+ bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr:

  • İsmayılova Bahar Vüqar qızı — 663 bal — Bakı Ali Neft Məktəbi
  • Məmmədov Uğur Vüsal — 679 bal — Azərbaycan Tibb Universiteti
  • Ağayeva Aişə Vaqif qızı — 668 bal — Azərbaycan Tibb Universiteti
  • Osmanlı Tuncay Tural oğlu — 663 bal — Azərbaycan Tibb Universiteti
  • Abduzadə Nihad Ehtiram — 694 bal — Azərbaycan Tibb Universiteti
  • Zeynalova Nərgiz İlqar — 671 bal — Azərbaycan Tibb Universiteti


ETİHİ Abşeron Rayon Komitəsi olaraq tələbələri və onların valideynlərini bir daha təbrik edir, gənclərə qarşıdakı təhsil həyatlarında uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: