“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7 - 0ktyabr "Layiqli Əmək Günü" münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin tabeliyində olan müəssisələrdə silsilə tədbirlər keçirildi.

21/10/2025, 10:56
xeber1

7 - 0ktyabr "Layiqli Əmək Günü" münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin tabeliyində olan müəssisələrdə silsilə tədbirlər keçirildi. Tədbirlərdə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev "Ümumdünya Layiqli Əmək Günü" ilə bağlı mövzuda çıxış edərək işçilərin əmək hüquqları, işçilərə yaradılan normal əmək şəraiti, əməkdaşlar arasında bərabərlik və rəhbərlik ilə əməkdaşlar arasında dialoqun vacibliyi məsələləri haqqında iştirakçılara məlumat verdi.

Tədbirdə işəgötürənlərdən Masallı rayonu üzrə təhsil sektorunun, Masallı Dövlət Regional Kolleci publik hüquqi şəxsin və Masallı Peşə məktəbinin nümayəndələri, ümumitəhsil məktəblərinin direktorları, eləcə də ilk təşkilat sədrləri iştirak etdi. Tədbirlər zamanı çıxışlar ətrafında müzakirələr aparıldı və verilən suallar cavablandırıldı

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: