“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi" keçirilir.

17/06/2026, 11:59
xeber1

Yerli şirkətlərin fəaliyyətinin tanıdılması, tələbələrin biznes mühiti ilə daha yaxından tanış olması və gənclər üçün yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə təşkil olunan sərgidə UNEC fəal şəkildə təmsil olunur.


Sərgidə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də iştirak edərək yerli şirkətlərin stendləri ilə tanış olub, gənclərin bu cür tədbirlərdə fəal iştirakının əhəmiyyətini yüksək qiymətləndirib.


Tədbir çərçivəsində müxtəlif yerli şirkətlər öz məhsul və xidmətlərini təqdim edir, tələbələrə karyera, təcrübə, əməkdaşlıq və gələcək iş imkanları haqqında ətraflı məlumat verilir. Sərgi tələbələr üçün yalnız tanıtım xarakteri daşımır, eyni zamanda onların real iş mühiti ilə tanış olması, şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurması və gələcək peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirməsi baxımından mühüm platforma rolunu oynayır.


UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sərginin təşkilati prosesinə könüllü dəstəyi göstərir. Tədbirdə 200-ə yaxın könüllü tələbə fəal iştirak edərək ziyarətçilərin qarşılanması, yönləndirilməsi, stendlər üzrə məlumatlandırılması və ümumi təşkilati işlərin həyata keçirilməsində böyük məsuliyyətlə çalışır.


Sərginin diqqətçəkən məqamlarından biri də UNEC-in xüsusi stendinin fəaliyyət göstərməsidir. Universitetin stendində UNEC-in təhsil imkanları, tələbə həyatı, innovativ layihələri, karyera yönümlü fəaliyyəti və gənclərə yaratdığı geniş imkanlar sərgi iştirakçılarına təqdim olunur.


Bu cür tədbirlər universitet–şirkət əməkdaşlığının inkişafına, tələbələrin əmək bazarına daha hazırlıqlı daxil olmasına və gənclərin ictimai fəallığının artırılmasına mühüm töhfə verir. UNEC tələbələrinin sərgidə fəal iştirakı bir daha göstərir ki, gənclərimiz həm təşkilatçılıq bacarıqları, həm də məsuliyyətli könüllülük fəaliyyəti ilə belə genişmiqyaslı tədbirlərin uğurlu keçirilməsində mühüm rol oynayırlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: