Xəbərlər
7 oktyabr – Layiqli Əmək Günü
07/10/2025, 23:20

7 oktyabr – Layiqli Əmək Günü münasibətilə
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayon 135 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirildi.
Tədbirdə əmək münasibətləri, işçilərin hüquq və vəzifələri, eləcə də müəllimlərimizi maraqlandıran digər suallara ətraflı cavablar verildi.
Dövlət Əmək Müfəttişliyinin Qarabağ Regional şöbəsinin baş məsləhətçisi,baş əmək müfəttişi Məmməd Məmmədov tədbirdə iştirak etdi və dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq məqsədimiz təhsil işçilərinin sosial rifahını və layiqli əmək şəraitini daim diqqətdə saxlamaqdır.











