“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü

20/10/2025, 16:51
xeber1

Bu gün dünyada işçilərin layiqli əmək şəraiti, sosial ədalət və insan hüquqlarının qorunması uğrunda birgə həmrəyliyinin simvolu olan Ümumdünya Layiqli Əmək Günü qeyd olunur.

Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən rayonun bir sıra təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil edilib.


Görüşlər zamanı layiqli əməyin mahiyyəti, həmkarlar ittifaqlarının bu sahədə rolu, eləcə də iş yerlərində sağlam əmək münasibətlərinin qurulmasının əhəmiyyəti barədə ətraflı söhbətlər aparılıb.


Tədbirlər Xırdalan şəhər 1, 5 və 8 nömrəli, Masazır 4 nömrəli, Saray 2 və 3 nömrəli tam orta məktəblərində keçirilib. Görüşlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov və aparıcı mütəxəssis Türkan Bananiyarskaya iştirak ediblər.


Söhbətlər zamanı müəllimlər və həmkarlar təşkilatlarının nümayəndələri işçilərin rifahının yüksəldilməsi, layiqli əmək şəraiti və sosial müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi gələcəkdə də layiqli əməyin təmin olunması, əmək münasibətlərinin sosial ədalət prinsipləri əsasında qurulması və təhsil işçilərinin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: