“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Xətai rayonu ərazisində yerləşən 55 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirildi.

07/10/2025, 17:21
xeber1

7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Xətai rayonu ərazisində yerləşən 55 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirildi.

Tədbirin əsas məqsədi təhsil işçiləri arasında layiqli əmək anlayışının təbliği, onların əmək hüquqları ilə bağlı məlumatlılığın artırılması və mövcud iş şəraitinin beynəlxalq standartlara uyğunluğu barədə fikir mübadiləsinin aparılması idi. Dəyirmi masada məktəbin pedaqoji kollektivi, həmkarlar ittifaqı fəalları və digər təhsil işçiləri iştirak edirdi.

Tədbirdə çıxış edən ETİHİ Xətai Rayon Komitəsinin sədri qeyd etdi ki, Ümumdünya Layiqli Əmək Günü BMT və Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə hər il 7 oktyabr tarixində qeyd olunur. Bu günün əsas məqsədi işçilər üçün təhlükəsiz, ədalətli və insan ləyaqətinə uyğun əmək şəraitinin yaradılmasına diqqət çəkməkdir.

Çıxışda vurğulandı ki, layiqli əmək anlayışı yalnız əməkhaqqı ilə məhdudlaşmır. Bu anlayış eyni zamanda iş yerində psixoloji və fiziki təhlükəsizliyin təmin olunması, gender bərabərliyi, əmək hüquqlarına hörmət, sosial müdafiə, həmçinin işçilərin peşəkar inkişafı və əməyin obyektiv qiymətləndirilməsi prinsiplərini də əhatə edir.

Müzakirələr zamanı qeyd olundu ki, Azərbaycanda təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, onların fəaliyyətinin obyektiv qiymətləndirilməsi və layiqli əmək şəraitinin təmin olunması istiqamətində bir sıra mühüm islahatlar həyata keçirilir. Xüsusilə, müəllimlərin diaqnostik qiymətləndirilməsi, sertifikatlaşdırma prosesi və diferensial əməkhaqqı sistemi onların əməyinin stimullaşdırılması və layiqli şəkildə dəyərləndirilməsi baxımından əhəmiyyətli addımlardır.

Tədbir çərçivəsində iştirakçılarla birgə təhsil işçilərinin mövcud əmək hüquqları, qanunvericiliklə onlara tanınan təminatlar, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparıldı.

Sonda tədbir iştirakçıları bu kimi maarifləndirici və müzakirə xarakterli görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğuladılar və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, eləcə də Xətai Rayon Komitəsi rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: