Xəbərlər
"7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü" münasibətilə tədbir keçirilib.

06 oktyabr 2025-ci il tarixində ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə Salyan şəhəri Ə.Kürçaylı adına 7saylı texniki - təbiət fənləri təmayüllü liseydə "7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü" münasibətilə "Layiqli əməyin təmin olunması - sosial rifahın əsas şərtidir" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan -Salyan Regional Şöbəsinin baş əmək müfəttişi Zahid Sadıqov , məktəb rəhbərliyi və 40 nəfərə yaxın təhsilverən iştirak edib. Masada layiqli əmək - səmərəli iş, layiqli əmək haqqı, iş yerində təhlükəsizlik və ailə üzvlərinin sosial müdafiəsi, şəxsi inkişaf üçün daha yaxşı imkanlar, sosial inteqrasiya, kişi və qadınlar arasında bərabər imkanların təmin olunması movzuları ətrafında müzakirələr aparılıb, təhsil işçilərinin sualları cavablandırılıb.






