“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü qeyd edilib Ümumdünya Layiqli Əmək Günü münasibətilə Qax şəhər 3 nömrəli tam orta ümumitəhsil məktəbində tədbir keçirilib.

20/10/2025, 16:04
xeber1

Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən tədbir təşkil olunub. Tədbirdə Həmkarlar təşkilatlarının komitə üzvləri, Qax rayonu üzrə Təhsil Sektorunun müdiri Babək Heydərov, ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva və İlk Həmkarlar Təşkilatlarının sədrləri iştirak ediblər.

Ümumdünya Layiqli Əmək Günü ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmişdir.Bu günün əsas məqsədi sosial ədalət, layiqli əmək şəraiti, bərabər imkanlar, gender bərabərliyi və sosial müdafiə prinsiplərini təşviq etməkdir.

Qeyd: 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Qax Rayon Komitəsinə daxil olan ümumitəhsil müəssisələri tərəfindən də silsilə tədbirlər keçirilib.



Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: