“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü"ilə bağlı "Layiqli Əmək-Layiqli Həyat deməkdir" adlı tədbirlər keçirilmişdir.

07/10/2025, 17:13
xeber1

7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin tərkibinə daxil olan 156, 120, 181, 237, 241 nömrəli tam orta məktəblərdə, 2 nömrəli Ümumi Təhsil Xüsusi Internat məktəbində, S. Rüstəm adına X.D.T. Gimnaziyada və 289 nömrəli körpələr evində “Layiqli Əmək – Layiqli Həyat deməkdir” adlı dəyirmi masa keçirilmişdir.


Tədbir zamanı 7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü ilə bağlı geniş və ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu günün qeyd olunması ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmişdir.


Dəyirmi masada vurğulanmışdır ki, Azərbaycanda layiqli əmək milli, iqtisadi və sosial siyasətlərin əsas hədəfləri sırasındadır. Aparılan işlərin əsas məqsədi ölkə vətəndaşlarının rifahını təmin edən əlverişli şərait yaratmaqdır.


Bundan əlavə, qeyd olunmuşdur ki, layiqli əmək — səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin, həmçinin kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: