“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7 oktyabr 2025-ci il tarixində Ümumdünya Layiqli Əmək Günü münasibətilə bir sıra üzv təşkilatlarında tədbir keçirildi.

13/10/2025, 15:34
xeber1

7 oktyabr 2025-ci il tarixində Mingəçevir şəhər 6№-li tam orta ümumtəhsil məktəbində, 7№-li tam orta ümumtəhsil məktəbində, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyində, 14№-li tam orta ümumtəhsil məktəbində, 17№-li tam orta ümumtəhsil məktəbində və 20№-li tam orta ümumtəhsil məktəbində Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirildi. Tədbirdə ETİHİ Mingəçevir şəhər təşkilatının sədri Həqiqət Şahmuradova və liseyin bir qrup müəllim və işçiləri iştirak etdi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova iştrakçıları salamlayaraq, Ümumdünya Layiqli Əmək Gününün tarixi və əhəmiyyəti barədə məlumat vermiş, bu günün beynəlxalq əmək təşkilatlarının təşəbbüsü ilə hər il müxtəlif ölkələrdə qeyd olunduğunu vurğulamışdır.

Daha sonra tədbir iştrakçısı çıxışlarında bildirildi ki, layiqli əmək konsepsiyası əmək haqqının ədalətli olması ilə yanaşı, təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsini, sosial müdafiə tədbirlərinin möhkəmləndirilməsini və əmək hüquqlarına hörmət olunmasını nəzərdə tutur. Qeyd edilib ki, layiqli əmək yalnız əmək haqqının ədalətli olması ilə məhdudlaşmır, eyni zamanda təhlükəsiz və sağlam iş şəraitini, sosial müdafiə tədbirlərini və əmək hüquqlarına hörmətin təmin edilməsini özündə ehtiva edir.

Müzakirələrdə gənclərin əmək bazarına hazırlanması, əmək hüquqlarının qorunması, iş yerlərində gender bərabərliyinin və sosial dialoqun inkişafı məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.

Tədbir çərçivəsində mövzuya dair məruzələr dinlənilmiş, əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılmış aşağıdakı təkliflər verilmişdir.

• İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına dair tədbirlərin gücləndirilməsi;

• Əmək münasibətlərində sosial dialoqun və qarşılıqlı hörmətin daha da inkişaf etdirilməsi;

• Əməkdaşların peşəkar inkişafı üçün əlavə təlim və ixtisasartırma kurslarının təşkil edilməsi;

• Sosial təminat və rifahın yaxşılaşdırılması istiqamətində mütəmadi monitorinqlərin aparılması;

• Kollektiv müqavilələrin icrasına nəzarətin gücləndirilməsi.

Vurğulanmışdır ki, bu cür tədbirlərin keçirilməsi əmək mədəniyyətinin inkişafına, gənc nəslin maarifləndirilməsinə və layiqli əməyin təşviqinə mühüm töhfə verir.

 


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: