“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"7 Oktyabr Layiqli Əmək Günü " ETİHİ Ağstafa rayon ümumtəhsil məktəblərində qeyd olundu

06/10/2025, 12:10
xeber1

7 oktyabr – Beynəlxalq Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatçılığı ilə Ağstafa Rayon Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə, Şahin Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində və Arif Nəsibov adına Düzqışlaq kənd tam orta məktəbində, İlqar Salıfov Dağ Kəsəmən 2 nömrəli kənd tam orta məкtəbində tədbirlər keçirildi.

Tədbirlərdə məktəblərin direktorları, pedaqoji kollektivlər, həmkarlar təşkilatlarının sədrləri və müəllimlər iştirak etdilər.

Çıxış edənlər qeyd etdilər ki, Layiqli Əmək Günü cəmiyyətin inkişafında mühüm rol oynayan əmək insanına dəyərin, ədalətli əmək münasibətlərinin və sosial ədalətin təbliğinə xidmət edir.

Vurğulandı ki, ölkəmizdə əmək hüquqlarının qorunması, təhlükəsiz iş şəraitinin yaradılması və müəllim əməyinə verilən yüksək qiymət dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Tədbirlər zamanı həmkarlar hərəkatının məqsədləri, əmək mədəniyyətinin təbliği və sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlər barədə də ətraflı məlumat verildi.

Sonda iştirakçılar əmək insanlarına göstərilən qayğı və diqqətə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Tədbirlərdə qarşıda duran məsələlər müzakirə olundu, həmkarlar ittifaqı üzvlərinin sualları cavablandırıldı.

ETİHİ Ağstafa Rayon Komitəsi n sədri Elvira Əfəndiyeva çıxışında qeyd edib ki, Cənab Prezidentin birbaşa dəstəyi ilə "Həmkarlar ittifaqları haqqında" Qanuna, İnzibati Xətalar Məcəlləsinə və Əmək Məcəlləsinə edilən dəyişikliklər cəmiyyətdə təşkilatımızın nüfuzunun bir daha güclənməsinə böyük təsir etmişdir. Son illər həmkarlar ittifaqı fəallarının respublikanın orden, medal və fəxri adlarla təltif etməklə Prezidentin həmkarlar ittifaqına dəstəyini bir daha nümayiş etdirmişdir.

Prezident İlham Əliyev həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu dəfələrlə qeyd etmişdir: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər".

 

Sosial şəbəkələrdə paylaş: