Xəbərlər
7 oktyabr Ümumdünya Layiqli Əmək Günü
06/10/2025, 00:21

7 oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün əsasını sosial ədalət, layiqli əmək, bərabər imkanlar, gender bərabərliyi və sosial müdafiə kimi dəyərlər təşkil edir.
Bu münasibətlə UNEC nəzdində Qida Sənayesi Kollecində “Layiqli əmək günü” ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə layiqli əməyin mahiyyəti, sosial ədalətin təmin olunması və əmək mədəniyyətinin inkişafı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb







