Xəbərlər
7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü

7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü
"Layiqli Əmək Günü" ilə bağlı M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə əla bir tədbir təşkil etdik. Bu bir növ əməyin mühafizəsi ilə bağlı olan işdə psixo-sosial mühitin yaradılması ilə bağlı olan görüşümüzün 2-ci hissəsi oldu.Bu dəfə SƏTƏM üzrə təlimçi Cavid Baxşəliyev idi. Hədəf qrupumuz- məktəblərdə bir sıra təhlükəsizlik məsələlərinə məsul olan texniki işçilərin tabe olduğu - təsərrüfat işləri üzrə müavinlər, təşkilatlarda psixoloji mühitin doğru formalaşmasına təsir edənlərdən ən vacibi - psixoloqlar və işəgötürəndən bir neçəsi iştirak edirdi.Tədbir 193 nömrəli məktəbin rəhbərliyinin xoş gəldin nitqi ilə açıldı, şəhidlərimizin xatirəsi anıldı.. sonra tədbirin məqsədi açıqlandı.. Tədbirdə layiqli əmək mühitinin bir tək təhlükəsizlik məsələlərinin faktiki optimallaşdırılması, tələblərə uyğun formalaşdırılmasından deyil, eyni zamanda, baş verə biləcək riskli məqamları öncədən duyub, görüb, lazımı kəslərə məlumatı verməyin vacibliyi vurğulandı.. görüş refleksiya ilə yekunlaşdı.Bu tədbirin ərsəyə gəlməsində əməkdaşımız bu dəfə 193 nömrəli məktəb oldu. Rəhbərliyinə və bütün kollektivinə göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Layiqli əmək – təhlükəsiz iş, sağlam psixoloji mühit və insan əməyinə hörmət deməkdir.







