Xəbərlər
7 Oktyabr- “Ümumdünya Layiqli Əmək Günü” dür.

7 Oktyabr- “Ümumdünya Layiqli Əmək Günü”. Münasibətilə Suraxanı Rayonda yerləşən 275, 118 və 318 nömrəli tam orta məktəblərdə “Layiqli əmək” mövzusunda dəyirmi masalar təşkil olunub. Tədbirin məqsədi təhsil işçilərinin əmək mədəniyyəti, işgüzar münasibətlər və sosial ədalət prinsipləri barədə məlumatlılığı artırmaq, həmçinin gəncləri gələcəkdə ədalətli və vicdanlı əmək fəaliyyətinə təşviq etmək idi.
Tədbirdə məktəbin rəhbərliyi,FHN əməkdaşları, idarə təşkilat nümayəndələri və təhsil işçiləri iştirak ediblər. Çıxış edənlər qeyd ediblər ki, layiqli əmək anlayışı yalnız əmək haqqının ədalətli olması ilə deyil, həm də təhlükəsiz iş şəraiti, gender bərabərliyi, sosial müdafiə və insan ləyaqətinə hörmət prinsipləri ilə sıx bağlıdır.
Müzakirələr zamanı iştirakçılar “Layiqli əmək” anlayışının gündəlik həyatda tətbiqi yolları, əmək bazarında gənclərin rolu və müasir dövrdə peşə seçiminin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.






