Xəbərlər
“7- Oktyabr Ümumdünya Layiqli Əmək Günü” ETİHİ Füzuli rayon Komitəsi tərəfindən qeyd olundu.
06/10/2025, 13:21

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin təşkilatçılığı ilə “Ümumdünya Layiqli Əmək Günü” münasibətilə 2025 - ci il 2 oktyabr tarixində Füzuli rayon 59 nömrəli tam orta məktəbində tədbir keçirilmişdir. Tədbirdə müəssənin rəhbərliyi və həmkarlar ittifaqı fəallarından ibarət 20 nəfər üzv əməkdaşlar iştirak etmişdir. Tədbirin məqsədi əmək hüquqlarının qorunması, işçilərin sosial rifahının yaxşılaşdırılması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, həmçinin layiqli əməyə dəyərin artırılması olmuşdur.







