“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

7 Oktyabr Ümumdünya layiqli Əmək günü İlk təşkilatda qeyd olundu

07/10/2026, 15:46
xeber1

7 Oktyabr Ümumdünya layiqli Əmək günü İlk təşkilatda qeyd olundu.

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibətilə görüş keçirildi. Görüşdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İDHT kollecinin direktoru Kəmalə Süleymanlı, Kollec ilk həmkarlar təşkilatının sədri Çingiz Aslanov , kollektiv üzvləri və tələbələr iştirak etdilər. ETİHİ Rayon Komitə sədri H. Kərimov çıxış edərək 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibətilə sosial tərəfdaşların , işəgötürən və işçilərin hüquq və vəzifələri haqqında, işçilərin layiqli əmək şəraitinin yaradılmasına işəgötürənlərin münasibəti, əməyin mühafilsi , işçiıərin əmək hüquqlarının qorunmasına həmkarlar təşkilatının nəzarəti haqqında geniş məlumat verdi. Hal hazırda kollecin bir korpusunda aparılan təmir işlərilə bağlı məlumat verən həmkarlar təşkilat sədri Ç. Aslanov bildirdi ki bu ilin axırına qədər təmir işləri yekunlaşacaq və müəllimlərin həmin korpusda rahat, geniş, işıqlı otaqlarda tədrislə məşgul olması üçün bütün şərait yaradılacaqdır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi və layiqli əmək şəraitinin yaradılmasına aid görüşdə səsləndirilən suallar Rayon Komitəsinin sədri tərəfindən ətraflı cavablandırıldı.

Layiqli əmək hər bir işçinin haqqıdır.!

Əmək hüquqlarımızı bilək, həmrəyliyimizi gücləndirək və layiqli əmək şəraitinin təmin olunması üçün birlikdə çalışaq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: